Britaniya ağacların artırılmasında qeyri-adi üsuldan istifadə edəcək

Britaniya ağacların artırılmasında qeyri-adi üsuldan istifadə edəcək backend

Britaniyalı alimlər sidik əsaslı gübrədən istifadə edərək 4500 ağac yetişdirməyi planlaşdırırlar.

Qaziler.az xəbər verir ki, tərkib “Boomtown” festivalında əldə edilib və Uelsdəki milli parkda istifadə olunacaq.

NPK Recovery şirkətinin həmtəsisçisi Lyusi Bell-Rivz bildirib ki, ağac yetişdirmək üçün tullantılardan istifadə etmək, nəsli kəsilməkdə olan yerli növləri canlandıra biləcək qapalı bir prosesdir.

Gübrə sidikdən azot və digər qida maddələrini çıxaran bakteriyalardan istifadə etməklə istehsal olunur. 2025-ci ildə festival zamanı bu gübrədən 540 litr istehsal olunub.

Layihənin üç il müddətinə planlaşdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, texnologiya ağac yetişdirilməsində ilk dəfə tətbiq olunacaq.

QAZİLER.AZ