1994-cü ildə yoxa çıxan amerikalı qadın sağ tapılıb.
1994-cü ildə 13 yaşında itkin düşən Arizona sakini Kristina Mari Plant 32 il sonra sağ tapılıb.
Qaziler.az bildirir ki, bu barədə 2 apreldə "Daily Star" qəzetində məlumat verilib.
"Onun yoxa çıxdığı vaxt yerli hüquq-mühafizə orqanlarının, könüllülərin və regional resursların iştirakı ilə genişmiqyaslı axtarış aparılırdı. Ərazidə aparılan hərtərəfli axtarışlara, dindirmələrə və istintaq tədbirlərinə baxmayaraq, heç bir nəticə əldə edilməyib", - məlumatda deyilir.
Qız 16 may 1994-cü ildə Feniks şəhərinin şimal-şərqində yerləşən kiçik bir icma olan Star Valley-dən yoxa çıxıb. O, sonuncu dəfə atının saxlanıldığı tövləyə doğru gedərkən görülüb. İtkin düşmüş şəxsin milli uşaq axtarışı məlumat bazalarına daxil edilməsinə və şəkli olan plakatlar ştat üzrə yayılmasına baxmayaraq, iş on illərdir həll olunmamış qalırdı.
Şerifin ofisi qeyd edib ki, bu irəliləyiş müasir texnologiyaların və yeni istintaq üsullarının istifadəsi sayəsində mümkün olub. Plantın sonrakı taleyinin təfərrüatları məxfilik səbəbindən gizli saxlanılır.
QAZİLER.AZ



