Tunisin Tatavin şəhərində dinozavrlara aid edildiyi təxmin edilən ayaq izləri tapılıb. QAZİLER.AZ-ın “musavat.com”-a istinadən məlumatına görə, Ərazidə araşdırma aparan arxeoloqlar AA müxbirinə açıqlamalarında İtaliyadakı Bologna Universitetinin professorları ilə birlikdə dinozavrlar haqda araşdırma apardıqlarını bildiriblər.
Araşdırmalar zamanı tarixi 140-150 milyon il əvvələ aid dinozavrlara məxsus 100 ayaq izi tapılıb. Mütəxəssislər ayaq izlərini 200 metr yüksəklikdə olan bir dağda tapdıqlarını deyiblər.