92 yaşlı ABŞ sakini Deyv 82 yaşlı qadınla ilə qocalar evində evlənib.
Qaziler.az bildirir ki, bu barədə KOMU 8-in məlumatında deyilir.
Deyv gələcək həyat yoldaşı Ceki ilə "Westbury Senior Living" qocalar evində keçirilən tədbirlərdə tanış olub. Onlar Müqəddəs Kitabı öyrənməyi və Baptist kilsəsinə getməyi sevirdilər. Hər ikisi dul qalmışdı və görüşənə qədər bir daha sevgi tapacaqlarını düşünmürdülər.
Fevralın 5-də Deyv Cekiyə evlilik təklifi edib. Cütlük onları bir araya gətirən qocalar evində evlənməyə qərar verib. İşçilər tədbirə hazırlaşmaq üçün iki həftə sərf ediblər: dəvətnamələr çap edilib, salonu bəzəyiblər və yemək sifariş ediblər.
QAZİLER.AZ



