"iPhone 17 Pro Max" ən çox satılan smartfon olub

"iPhone 17 Pro Max" ən çox satılan smartfon olub backend

Flaqman “iPhone 17 Pro Max” gözlənilmədən müstəqil satıcılar arasında ən çox satılan cihaza çevrilib.

Qaziler.az xəbər verir ki, bu barədə “SellCell” analitiklərinə istinadən “MacRumors” yazı dərc edib.

“SellCell”in daxili statistikasına görə, “iPhone 17 Pro Max”ın ən populyar 20 satılan cihaz arasında payı noyabr ayının sonundakı 5,1%-dən fevral ayının əvvəlinə qədər 11,5%-ə yüksəlib. Bu rəqəm satışa çıxarıldığı gündən üç aydan az müddətdə ikiqat artıb.

Qeyd edək ki, satılan cihazların 86%-i "əla" və ya "yaxşı" vəziyyətdə olub ki, bu da alışdan qısa müddət sonra aktiv satış olduğunu göstərir. Müqayisə üçün, “iPhone 15 Pro Max” və “iPhone 14 Pro Max” təxminən 7,3%, “iPhone 16 Pro Max” və “iPhone 13” isə hər biri 7,2% təşkil edir.

QAZİLER.AZ