Fevralın 17-də Yer kürəsində ilin ilk Günəş tutulması başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rentgen Astronomiya Laboratoriyası (XRAS) məlumat yayıb.
Alimlərin fikrincə, Bakı vaxtı ilə saat 13:58-də Ayın penumbrası Antarktida üzərində Yerə düşüb. Təxminən bir saat yarım sonra, Moskva vaxtı ilə saat 15:44-də Ay Günəşlə tamamilə bir xətt üzrə hərəkət edəcək və səmada od halqası əmələ gətirəcək. Fenomenin zirvəsi saat 15:13-də gözlənilir və 2 dəqiqə 19 saniyə davam edəcək. Halqavari faza isə saat 15:37-də başa çatacaq.
İlin ilk Günəş tutulmasını çox az insan görə biləcək. Avstraliyanın Devis Tədqiqat Stansiyasında da demək olar ki, maksimum faza görünəcək, lakin halqa əmələ gəlməyəcək.
QAZİLER.AZ



