Tutuquşu polisə mürəkkəb bir qətlin üstünü açmağa kömək etdi

Tutuquşu polisə mürəkkəb bir qətlin üstünü açmağa kömək etdi backend

Tutuquşu ərini güllələyən sahibəsini polisə təslim edib.

Miçiqanda polis gözlənilməz şahidin - ev heyvanı olan boz tutuquşunun köməyi ilə qətlin üstünü açıb.

Qaziler.az bildirir ki, bu barədə "Mirror" xəbər verir.

 Hadisə yerinə gələn polislər beş güllə yarası alan kişini və yanında güllə yarası alan bir qadın aşkar ediblər.

İstintaq polis əməkdaşları tutuquşunu görənə qədər çıxılmaz vəziyyətə düşüb. Quş "atəş açma" ifadəsini təkrarlayıb və bu, ölən kişinin səsi kimi qeyd olunub. Qurbanın keçmiş həyat yoldaşı və valideynləri quşun cinayət gecəsi deyilən sözləri təkrarlaya biləcəyini ehtimal etdilər.

İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları qadının qoyduğu intihar qeydlərini aşkar ediblər. Həmçinin, cütlüyün ciddi maddi çətinliklər yaşadığı da müəyyən edilib. Məhkəmə heyəti yekdilliklə qadını qətldə günahkar bilib və ona ömürlük həbs cəzası verib.

QAZİLER.AZ