Hitlerin çardaqda tapılan gündəliyində Marlen Ditrixə olan sevgi etirafları var.
Adolf Hitlerə məxsus olduğu iddia edilən gündəlik kolleksiyaçıya 30.000 avroya satılıb.
Qaziler.az bildirir ki, bu barədə "Need To Know" məlumat verir.
Nasist diktatorun 113 səhifəlik əlyazma mətndən ibarət gündəliyi və Hitlerlə bağlı bir sıra digər sənədlər 2008-ci ildə yazıçı Olaf Haubolda təqdim edilmişdi.
Əlyazmada, digər şeylərlə yanaşı, Reyx Kanslerliyinin sərt qiymətləndirmələri, Gerinqə qarşı tənqidlər ("Gerinq yenə donuz kimi yedi") və aktrisa Marlen Ditrixə olan sevgi elanları, eləcə də onu qaçırmaq planları var.
Əlyazmanın ekspertizası aparılmayıb.
QAZİLER.AZ



