Türkiyənin Antalya şəhərində bir kişi altı illik boşanma davası yekunlaşdıqdan sonra Tanzaniyada ehtiyacı olan insanlar üçün səkkiz qoyun qurban kəsib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, 2018-ci ildə G.O. ilə evlənən Mehmet Sıddık Menekşe, 2020-ci ildə həyat yoldaşı ilə xasiyyətlərinin uyumsuzluğunu əsas gətirərək ondan boşanmaq qərarına gəlib və ailə məhkəməsinə boşanma üçün müraciət edib.
Antalya 12-ci Ailə Məhkəməsində altı ildir davam edən boşanma prosesi nəhayət ki, yekunlaşıb.
Boşanma prosesi yekunlaşdıqdan sonra Menekşe, Tanzaniyada ehtiyacı olanlar üçün bir dərnək vasitəsilə səkkiz qoyun qurban kəsib.
Sevincini fərqli şəkildə qeyd edən türkiyəli bununla kifayətlənməyərək sığınacaqdakı heyvanlar üçün də ianə edib.
Menekşe jurnalistlərə çətin bir evlilik yaşadığını və bir ildən sonra boşanmaq qərarına gəldiyini söyləyib.
QAZİLER.AZ



