Qazaxıstanın Çarın Dövlət Milli Parkının əməkdaşları kamera tələlərinin görüntülərini araşdırarkən maraqlı bir ziyarətçi aşkar ediblər.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
Nadir pişik növü olan Felis lybica ornata Almatı bölgəsindəki Çarın Kanyonunda gəzərkən müşahidə edilib.
Vəhşi pişik çöl, yarımsəhra və dağətəyi bölgələrdə yaşayır. Qidası əsasən kiçik gəmiricilərdən, quşlardan və bəzən həşəratlardan ibarətdir. Rəngi adətən bozumtul və ya sarımtıl olur, arxasında tünd zolaqlar və ləkələr görünür. Quyruğu uzun, ucunda qara halqavari işarələr var.
Nadir pişik növü olan Felis lybica ornata Almatı bölgəsindəki Çarın Kanyonunda gəzərkən müşahidə edilib.
"Bu pişik növünü evcilləşdirilmiş qohumları ilə qarışdırmaq olmaz. İnsanlarla yaşayan pişiklərdən fərqli olaraq, vəhşi pişik (Felis lybica ornata) çox ehtiyatlıdır, insandan qaçır, tənha həyat tərzi sürür və əsasən gecələr aktivdir", - bu barədə Çarın Dövlət Milli Təbiət Parkından məlumat veriblər.
QAZİLER.AZ



