Yerin yeni asteroidlə yüksək toqquşma ehtimalı var - Astronom

Yerin yeni asteroidlə yüksək toqquşma ehtimalı var - Astronom backend

Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov bildirib ki, çərşənbə günü kəşf edilən CE2XZW2 asteroidin Yerlə toqquşma ehtimalı var.

Qaziler.az xəbər verir ki, bu haqda o, RİA “Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, səma cisminin nominal orbiti planetin mərkəzindən cəmi 3000 kilometr uzaqlıqdadır ki, bu da toqquşma ehtimalının yüksək olduğunu göstərir.

“Nominal orbit Yerin mərkəzindən 3000 kilometr məsafədədir. Bu, onun toqquşacağı deməkdir. Amma başa düşməliyik ki, toqquşma ehtimalı yüksək olsa da, bu müəyyən  dərəcədədir ", - deyə Jeleznov bildirib.

Mütəxəssis qeyd edib ki, hazırda mümkün hadisənin tarixini dəqiq müəyyən etmək üçün kifayət qədər məlumat yoxdur. Lakin hadisə istənilən vaxt, o cümlədən növbəti 24 saat ərzində baş verə bilər.

QAZİLER.AZ