Yaponiyada pişik dəmiryolu stansiyasının rəisi oldu - VİDEO

Yaponiyada pişik dəmiryolu stansiyasının rəisi oldu - VİDEO backend

Yaponiyada Yonotama adlı pişik ölkənin Vakayama prefekturasının Kinokava şəhərində rəsmi olaraq yeni stansiya rəisi təyin edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat verib.

Mərasim zamanı pişiyə titulun göstərici olan medal və papaq taxılıb. “Wakayama Electric Railway” şirkətinin prezidenti Mitsunobu Kojima Yonotamanın Yaponiya dəmir yollarının keçirdiyi əhəmiyyətli dəyişikliklərdə əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.

Yonotama ötən ilin noyabr ayında vəfat edən əvvəlki stansiya rəisi Nitama adlı pişiyi əvəz edir. Nitama dəmir yolu xəttinin populyarlaşmasına verdiyi töhfəyə görə fəxri stansiya rəisi adına layiq görülüb.

Qeyd edilib ki, Yaponiyada pişiyin stansiya rəisi vəzifəsi simvolikdir. Pişik simvolik rol oynayır və turistləri cəlb edir. Bu ənənə 2007-ci ildə, pişik Tamanın növbətçi təyin edildiyi zaman başlayıb. Qeyd olunur ki, bu təşəbbüs zərər çəkən dəmir yolu xəttinin maliyyə sabitliyini qorumağa kömək edib.

QAZİLER.AZ