Makron bu dəfə də gülüş hədəfinə çevrildi - VİDEO

Makron bu dəfə də gülüş hədəfinə çevrildi - VİDEO backend

Məşhur fitnes-bloqer Tibo İnŞeyplə üfüqi mil vəziyyətində (planka) dayanan Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə izləyicilərin gülüş obyektinə çevrilib.

Oxu.Az xəbər verir ki, məlumatı "İzvestiya" yayıb.

E.Makron məşhur bloqerin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Fransa hərbi kontingenti üçün keçirilən məşqinin videosunu yayımlayıb. Fransa liderinin izləyiciləri ona ironik reaksiya veriblər.

Belə ki, bəziləri Fransanın xarici borcunun 3.4 trilyon avro olduğuna diqqət çəkib və yazıblar ki, Makron "özünü Tom Kruz hesab edir". Digərləri isə fransız liderin idman texnikasını tənqid ediblər, dövlət başçısının piarı üçün bloqerin dövlət büdcəsindən nə qədər pul aldığını soruşublar.