Yaponiyada 92 yaşlı Hisako Sakai məşhur “Tekken 8” döyüş oyununun kibersport turnirində qalib gələrək yüksək səviyyəli oyun və refleks nümayiş etdirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Siliconera” məlumat yayıb.
Media xəbərlərinə görə, yarışda 73-95 yaş arası səkkiz oyunçu iştirak edib və onlar təkbətək mübarizə aparıblar.
Finalda Sakai 74 yaşlı Qoro Sugiyamanı məğlub edib. Final matçında o, Klaudio obrazını seçib, rəqibi isə Lili obrazını canlandırıb. Turnir “YouTube”da canlı yayımlanıb və peşəkar şərhçilər tərəfindən təqdim edilib.
Tədbirin təşkilatçısı olan “Care eSports Assosiasiyası” 2019-cu ildən bəri yaşlı oyunçular üçün turnirlər keçirir. Hazırda təşkilat Mie, Aiti və Gifu prefekturalarında seçmə mərhələlərindən keçən iştirakçılar üçün ildə iki yarış təşkil edir. Assosiasiya gələcəkdə ölkənin hər yerindən oyunçuların iştirakı üçün tamhüquqlu milli turnir keçirməyi planlaşdırdığını bildirib.
QAZİLER.AZ



