67 il birgə yaşayıb bir gündə öldülər

67 il birgə yaşayıb bir gündə öldülər backend

ABŞ-in Koliforniya ştatında 67 il birgə yaşayan ər –arvad bir gündə ölüblər. QAZİLƏR saytı Associated Press-ə istinadən xəbər verir ki, 90 və 89 yaşlı Floyd və Vaylet Xartviqlər fevralın 11-də 5 saat fərqilə öz evlərində ölüblər. Xartviqlərin uşaqları bildiriblər ki, valideynləri ölərkən bir –birinin əlindən tutublar.

“Onlar bu dünyadan birlikdə getmək istəyirdilər. Bu belə də olmalı idi. Çünki onlar bir – birinə aid idilər” – deyə onların qızı Donna Skarton bildirib.

Cütlük uşaqlıqdan tanış olublar. Onlar arasında məhəbbət rəqs meydanında yaranıb. 16 avqust 1947 – ci ildə evlənən Xartviqlərin üç ovladı olub. Floyd və Vaylet kiçik ferma sahibi olublar.
Diaspora