2025-ci ilin ən qısa günü açıqlanıb

2025-ci ilin ən qısa günü açıqlanıb backend

Dekabrın 21-i, bazar günü bu ilin ən qısa gün işığı günü olacaq.

Qaziler.az xəbər verir ki, bunu Moskva Fizika və Texnologiya İnstitutunun baş elmi işçisi Yevgeniya Kravçenko “Moskva” xəbər agentliyinə bildirib.

Onun sözlərinə görə, bu zaman Yer kürəsinin Şimal qütbü Günəşdən maksimum əyilmə nöqtəsində olur.

“Mərkəzi Rusiyada dekabrın 21-də gün işığı saatları 7 saat 1 dəqiqə olacaq. Bundan sonra gün işığı saatları artmağa başlayacaq”, - Kravçenko bildirib.

QAZİLER.AZ