Dubayda 2800 drondan ibarət "Tetris" ekranı quraşdırıldı - VİDEO

Dubayda 2800 drondan ibarət "Tetris" ekranı quraşdırıldı - VİDEO backend

İndiyə qədər oynanılan ən qeyri-adi “Tetris” oyunu Dubay səmasında baş tutub. Burada 2800-dən çox sinxronlaşdırılmış drondan ibarət nəhəng ekran yaradılıb.

Qaziler.az bildirir ki, “Video Games Chronicle” (VGC) nəşrinin məlumatına görə, tədbir “Red Bull Tetris Dünya Finalı”nın bir hissəsi olub.

Final oyununun iştirakçıları türkiyəli oyunçu Fehmi Atalar və perulu oyunçu Leo Soloranzoya “Lumasky” şirkəti tərəfindən yaradılan bu unikal "ekranda" oynamaq üçün hər birinə beş dəqiqə vaxt verilib. Atalar 168.566 xalla qalib gəlib. Turnirdən sonra o, tədbiri beş illik oyun karyerasının ən yaxşı anı elan edib.

Çempionatda iştirak edən “Tetris”in yaradıcısı Aleksey Pajitnov ən böyük arzularından birinin oyunun dronlar tərəfindən ifa olunmasını görmək idi ki, onun da nəhayət gerçəkləşdiyini qeyd edib.

Qeyd edək ki, “Red Bull Tetris Dünya Finalı” çempionatı 11-13 dekabr tarixlərində Dubayda baş tutub.

QAZİLER.AZ