Çinin Quansi əyalətində 95 yaşlı pensiyaçı qadın Li Syufen gözlənilmədən altı gün sonra "həyata qayıdıb".
Qaziler.az bu barədə “The Mirror”a istinadla xəbər verir.
Çin adətinə görə, Syufenin cəsədi tabuta qoyulub və ictimaiyyət qarşısında vida mərasimi üçün evinin qarşısında saxlanılıb. Qəzetin məlumatına görə, daha sonra yerli sakinlər tabutun boş olanduğunu panikaya düşüblər. Belə ki, yaşlı qadın 6 gündən sonra dirilərək tabutdan çıxıb və qonşular onu mətbəxində yemək bişirərkən tapıblar.
Müayinə edildikdən sonra həkimlər hiss olunmayan nəfəs almaqla bağlı nadir bir xəstəliyin diaqnozunu qoyublar. Yerli ənənəyə uyğun olaraq, öldüyü zənn edilən Syufenin bütün əşyaları yandırılıb. Beləliklə, "dirilmiş" qadın əmlaksız qalıb.
QAZİLER.AZ



