Putin uşaqların Yeni il arzularını həyata keçirəcək

Putin uşaqların Yeni il arzularını həyata keçirəcək backend

Rusiya Prezidenti Vladimir Putin dekabrın 3-də "Yolka Jelaniy" (Arzu ağacı) tədbirində iştirak edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Putin ümumrusiya Yeni il tədbiri olan "Yolka Jelaniy" tədbirində iştirak edəcək", - Kremlin sözçüsü bildirib.

Peskov əlavə edib ki, dövlət başçısı bu tədbirdə hər il iştirak edir. 2024-cü ildə də iştirak edib. Ötən il dekabrın 5-də prezident uşaqların arzularının yazıldığı açıqcaların asıldığı yeni il ağacına yaxınlaşıb və üç kart seçib. Birinci açıqcada bir qız pilot kimi uçuş simulyatorunda uçmaq arzusunun yerinə yetirilməsini istəyib. Başqa bir məktəbli qız İqor Moiseyev Rəqs Ansamblının məşqinə qatılmaq istəyib. Üçüncü açıqcada bir qız uşağı Sankt-Peterburqa getmək istəyib. Putin bütün arzuların yerinə yetiriləcəyini qeyd edib.

QAZİLER.AZ