Rusiyada "Porsche" avtomobilləri bloklanıb

Rusiyada "Porsche" avtomobilləri bloklanıb backend

“Porsche Russland” MMC-nin rəsmi nümayəndəsi Rusiyada “Porsche” avtomobillərinin bloklandığını təsdiqləyib.

Qaziler.az bu barədə RİA “Novostiyə istinadla xəbər verir.

“Porsche Russland” bildirir ki, son günlərdə “Porsche” sahibləri tərəfindən mühərrikin işə salınması ilə bağlı səlahiyyətli dilerlərə müraciət etmələrində cüzi artım müşahidə olunub.

Şirkətin mütəxəssisləri işə salınmaması ilə bağlı hesabatları emal edir və texniki məlumatlar toplayır. “Rolf” mütəxəssislərinin fikrincə, problem standart siqnalizasiya sisteminin peyk sistemləri tərəfindən bloklanması ilə əlaqəli ola bilər ki, bu da mühərrikin düzgün işə düşməsinə mane olur.

QAZİLER.AZ