Nyu-York sakini Cessika L. Martinez rəsmi olaraq dünyanın ən böyük afro saç düzümünün sahibi olub.
Qaziler.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Onun saç düzümünün ətrafı 190,8 sm olub və əvvəlki rekordu qırıb. Mərasim əvvəlki rekord sahibi Evin Duqasın da iştirak etdiyi Nyu-York şəhərindəki bərbər salonunda baş tutub. 2010-cu ildən bəri bu titulu daşıyan Duqas, Martinezi nailiyyəti münasibətilə şəxsən təbrik edib.
"Hər ikimiz özümüzü sevirik və başqalarını onların unikallığını qəbul etməyə ruhlandırmaq istəyirik. Bu, rəqabət deyil, bu sevgidir", - deyə Duqas şərh edib.
Martinez orta məktəb illərində çox vaxt saçlarını düzəltdiyini, lakin kollecdə bu təcrübədən imtina edərək təbii saç quruluşunu olduğu kimi qəbul etməyə başlayıb.
"Rekordu qırdığımı biləndə inana bilmədim. Bu, inanılmaz bir hissdir və bilirəm ki, gənc yaşlarımda bununla daha çox fəxr edərdim", - deyə Cessika hislərini paylaşıb.
QAZİLER.AZ



