“Loftleider Icelandic” aviaşirkəti dünyada ilk dəfə olaraq Antarktidaya kommersiya uçuşunu həyata keçirib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, reys “Boeing 757-200 ER” təyyarəsi ilə yerinə yetirilib.
Reys “Antarctic Logistics & Expeditions” şirkətinin sifarişi ilə reallaşdırılıb. Təyyarə Antarktidaya Çilinin Punta-Arenas şəhərindən istiqamət götürüb.Hava gəmisi Yunion Qleyşer buzlağına eniş edib.