Avropada qeyri-adi qatar marşrutu istifadəyə verilir

Avropada qeyri-adi qatar marşrutu istifadəyə verilir backend

Avropada səyahətçilər üçün maraqlı olacaq yeni bir qatar marşrutu istifadəyə verilir.

Qaziler.az “Travel Off Path”a istinadla xəbər verir ki, gələn ildən etibarən İsveçrənin şimalındakı Bazel şəhərindən İsveçin cənubundakı Malmö şəhərinə birbaşa səyahət etmək mümkün olacaq.

İsveç Federal Dəmir Yollarının məlumatına görə, 15 aprel 2026-cı il tarixindən etibarən “EuroNight” qatarı həftədə üç dəfə Bazel-Malmö marşrutu üzrə hərəkət edəcək. Səfər zamanı qatar Almaniya və Danimarkanın bir neçə şəhərində dayanacaq.

Bazelə Fransa ərazisinə bitişik yerləşən nisbətən böyük bir hava limanı xidmət göstərir və buradan aşağı büdcəli aviaşirkətlər müxtəlif Avropa istiqamətlərinə çoxsaylı uçuşlar həyata keçirirlər. Lakin qatarla səyahət marşrut boyu bütün şəhərləri araşdırmaq istəyənlər üçün yaxşı alternativ ola bilər.

QAZİLER.AZ