Fransa Poçt Xidməti kərə yağlı kruassan ətri olan marka buraxıb.
Qaziler.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Marka 2019-cu ildən Fransa Çörək və Xəmir Məmulatları Konfederasiyası tərəfindən keçirilən ən yaxşı kruassan müsabiqəsi çərçivəsində hazırlanıb.
"Fransız qastronomiyasının simvolu və sevimli xəmir məmulatının simvolu olan kruassan, xəmir məhsulların flaqmanlarından biridir" - Fransa Çörək və Xəmir Məmulatları Milli Konfederasiyasının prezidenti Dominik Anrakt deyib.
Ətirli poçt markası beynəlxalq poçt göndərişləri üçün 2,10 avroya satılır.b
QAZİLER.AZ

