Argentina prezidenti Xavyer Miley rok-konsert verdi - VİDEO

Argentina prezidenti Xavyer Miley rok-konsert verdi - VİDEO backend

Argentina Prezidenti Xavyer Miley "La construccion del milagro" ("Möcüzənin Qurulması") adlı yeni kitabını qeyri-adi üsulda təqdim edib: O, Buenos-Ayresdə 15 min nəfərin qarşısında rok-konsert verib.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, qara dəridən geyimdə səhnəyə çıxan Miley tədbiri qısa zamanda əsl musiqi şousuna çevirib.

Konsertin sonunda Miley İsrailə dəstəyini ifadə edərək, "İsrail Qərbin qalasıdır" sözlərini deyib, sonra "Hava Nagila"nı (yəhudi xalq mahnısı) ifa edib.

Finalda Nino Bravonun "Libre" mahnısı səslənib, ekranda isə Berlin divarının yıxılması və Donald Trampa qarşı hücumların görüntüləri yer alıb.

Gənclik illərindən bəri səhnə arzusunu reallaşdıran Miley konsert bitdikdən sonra "indi prezident paltarımı geyinməliyəm", - deyərək kulisə yollanıb.