"Xiaomi" smartfonu oyun konsoluna çevirən korpus hazırlayıb

"Xiaomi" smartfonu oyun konsoluna çevirən korpus hazırlayıb backend

“Xiaomi” şirkəti yeni flaqman “17 Pro” və “17 Pro Max” smartfonlarını portativ retro konsollara çevirən korpus təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

“Xiaomi Retro Handheld Console Case” adlanan korpus ənənəvi idarəetmə vasitələrinə malikdir: dairəvi dörd tərəfli joystik, ABXY düymələri və “Start”, “Select” və “Power” düymələri.

Şirkətdən verilən məlumata görə, korpus 200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da gündəlik üç saat oyun oynamaqla 40 gün batareyanın işləməsinə kifayətdir. Təqdimat materialları məşhur Angry Birds də daxil olmaqla bir sıra oyunlara dəstək nümayiş etdirir.

Çində aksesuarın qiyməti 299 yuan (təxminən 71 azn) təşkil edir.

QAZİLER.AZ