Yemək hazırlamağı öyrədən “ağıllı” masa yaradılır

Yemək hazırlamağı öyrədən “ağıllı” masa yaradılır backend

“IKEA” şirkətinin "ağıllı" masa konsepsiyası inqrediyentləri “tanıyaraq” reseptləri stolun səthinə proyeksiya edə bilər. Bildirək ki, "ağıllı" masa konsepsiyası İsveçin “IKEA” şirkətinin mühəndisi tərəfindən patentləşdirilib. Sözügedən masa onun üzərinə qoyulmuş məhsulların şəklini çəkir, daha sonra onları “tanıyaraq” internetdə müvafiq kulinariya reseptləri axtarır. Məsləhətlər birbaşa masanın səthinə proyeksiya edilir.


AZƏRTAC “vestifinance.ru” saytına istinadən bildirir ki, ideyanın müəllifləri ümid edirlər ki, belə masalar kütləvi istehsal edildikdə onların qiyməti münasib olacaq.

“Freedonia Group” tədqiqat firmasının proqnozuna əsasən, bu ilin sonunadək qidanın hazırlanması üçün texnologiyalar bazarının həcmi 5,5 faiz artaraq 62 milyard dollara yaxınlaşacaq.
Diaspora