Baba uşaq bağçasını səhv "nəvə" ilə tərk etdi

Baba uşaq bağçasını səhv "nəvə" ilə tərk etdi backend

Avstraliyanın Sidney şəhərində bir babanın nəvəsini götürmək istəyərkən yanlış uşağı uşaq bağçasından evə aparması qısa çaxnaşmaya səbəb olub.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Sidneydə bir baba nəvəsini uşaq bağçasından götürməyə gedərkən səhv uşağı təhvil alıb.

Götürdüyü uşağın özünün olmadığından xəbərsiz olan baba uşağı evinə aparıb.

Babanın evə apardığı uşağın anası bağçaya gələndə uşağının orada olmadığını görəndə çaxnaşma yaranıb.

Baba yanlış uşağı evə gətirdiyini anlayıb uşaq bağçasına qaytardıqda insident aradan qaldırılıb.

Uşaq bağçasının rəsmiləri çaşqınlığa görə valideynlərdən üzr istəyib. Səhv uşağı təhvil verən müəllim işdən uzaqlaşdırılıb.

Hadisədən sonra uşaq bağçasında araşdırma aparılıb.

QAZİLER.AZ