Dünyada ən çox döyməli braziliyalısı adlandırılan Liandro de Souza adlı şəxs üzündəki döymələri sildirməklə tanınmaz dərəcədə dəyişib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “O Globo” ilə transformasiyasından danışıb.
De Souzanın bədəninin təxminən 95%-i döymələrlə örtüü olub. O, bu yaxınlarda üzündə olan olanlar döymə ilə yanaşı 170 döyməni lazerlə sildirib.
"Ağrı, döymə etdirdiyim zaman yaşadığım ağrıdan üç qat daha şiddətlidir. Anesteziya ilə belə dözülməzdir", - deyə braziliyalı bildirib.
De Souza əlavə edib ki, tatuaj etdirmək qərarına görə çox peşmandır. Onun sözlərinə görə, bədən sənətinə həddindən artıq həvəsi 2015-ci ildə həyat yoldaşından boşandıqdan sonra başlayıb və alkoqol asılılığı ilə müşayiət olunub. Tatular onun iş tapmasına mane olub və arzuolunmaz diqqəti üzərinə çəkib.
QAZİLER.AZ