ABŞ-nin Texas ştatının Hyuston şəhərində qapının zəngini basıb qaçan 11 yaşlı uşağı güllələyərək öldürməkdə şübhəli bilinən şəxs mühakimə olunur.
CNN-in məlumatına görə, Harris Dairə Baş Prokurorluğu avqustun 30-da qapı zəngini çalıb qaçan oğlanı öldürməkdə təqsirli bilinən Qonzalo Leon Jr ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilirdi ki, Qonzalonun ünvanı evdən güllə yarası alaraq qaçan 11 yaşlı oğlanın şahid ifadəsi ilə üst-üstə düşür.
Açıqlamada qeyd edilib ki, Qonzalonun "uşağı vuraraq öldürdüyü" iddiası ilə nəzarətə götürülüb. Şahidlərin bildirdiyinə görə, uşaq ərazidəki bir neçə evin qapısının zəngini çaldıqdan sonra qaçarkən evdən ona atəş açılması nəticəsində yaralanıb.
Açıqlamada həmçinin bildirilirdi ki, oğlan və dostları “qapının zəngini vurub qaçma” oyunu oynayıblar.
O, həmçinin bildirib ki, Qonzalonun hücumu “özünümüdafiə hesab edilə bilməz”, çünki hadisə “evin yaxınlığında baş verməyib”.
QAZİLER.AZ