Özbəkistan Respublika Əmtəə və Xammal Birjası yeddi sıfırı olan telefon nömrəsinin satışı üzrə hərracın başa çatdığını elan edib.
Qaziler.az bildirir ki, bu barədə uznews.uz məlumat yayıb.
Avqustun 8-də +998 91 0000000 telefon nömrəsi 500 milyon som start qiyməti ilə satışa çıxarılıb.
Yeddi gün sonra "qızıl" nömrə fantastik qiymətə satılıb. Belə ki, avqustun 15-də nömrənin 850 milyon soma (114 min 750 manat - red.) satıldığı məlum olub.
QAZİLER.AZ