Yaponiyada yeni doğulmuş körpənin qoxusunu verən ətir hazırlanıb

Yaponiyada yeni doğulmuş körpənin qoxusunu verən ətir hazırlanıb backend

Yaponiyada yeni doğulmuş körpənin qoxusu olan ətir hazırlanıb. Məhsul Kobe Universitetində altı illik tədqiqatın nəticəsidir.

Qaziler.az xəbər verir ki, bu barədə “Sora News” məlumat yayıb.

Universitetin fəxri professoru, dad və qoxu fiziologiyası üzrə mütəxəssis Mamiko Ozakinin rəhbərlik etdiyi qrup Hamamatsu Universitetinin Tibb fakültəsinin həkimləri, hamilə və yeni doğulmuş qadınlarla birgə 20-yə yaxın yeni doğulmuş körpədən qoxu nümunələri toplayıb. Nəticədə bu qoxunu müəyyən edən 37 komponenti əldə etmək mümkün olub.

Alimlərin fikrincə, əsas maddə körpələrin valideynləri ilə yumşaq qarşılıqlı əlaqəni təşviq etmək üçün ifraz etdiyi çiçək çalarlı kimyəvi birləşmə nonanalın olduğu ortaya çıxıb. Ətir “Poupon Pure” adlandırılıb və yalnız ətir kimi deyil, həm də yataqdan əvvəl və ya meditasiya zamanı istirahət vasitəsi kimi təqdim edilib. Ozaki uzun illər qarışqa feromonlarını tədqiq etdikdən  sonra qoxuların insanlar arasında sosial bağları necə gücləndirə biləcəyini düşünərək onda bu ideya yaranıb.

Xəbərdə qeyd olunub ki, artıq ətirlərin ilk partiyası satılıb və yalnız əvvəlcədən sifarişlə əldə edilə bilər. Qiyməti isə 5 ml üçün 20 dollardır. Avqustun ortaları və sentyabrın əvvəlləri arasında yeni tədarüklər gözlənilir.

QAZİLER.AZ