Pekində insanabənzər robotların satıldığı dünyanın ilk mağazası açılıb.
Qaziler.az BBC-yə istinadla yazır ki, “Android”lərin qiyməti 2000 yuandan başlayır və bir neçə milyona çatır.
“Robot Mall” adlanan mağaza 3 mərtəbəni əhatə edir. Burada həm biznes, həm də şəxsi istifadə üçün 100-dən çox robot model təklif edir: interaktiv robot itlərdən tutmuş humanoidlərə, o cümlədən Albert Eynşteynin görünüşünə malik olanlar da var.
Mağazada kiçik bir muzey, nümayiş zonası və xidmət mərkəzi də var. Burada humanoidlərinizi təmir edə və ya ehtiyat hissələri sifariş etmək mümkündür.
QAZİLER.AZ