“Samsung” şirkəti ultra nazik “Galaxy S26 Edge” smartfonunu nəinki son dərəcə nazikləşdirməyi, həm də əvvəlki modelin əsas problemlərindən birini – 3900 mAh batareyası olan “S25 Edge”ni həll edərək onu daha böyük batareya ilə təchiz etməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə “GSMArena” nəşri “Samsung” cihazları haqqında bir çox təfərrüatları paylaşan nüfuzlu “Ice Universe” insayderinə istinadən xəbər verib.
"Galaxy S26 Edge 5,5 mm, 4200 mAh", - “Ice Universe” “X”-də qısa şəkildə yazıb.
“GSMArena”nın qeyd etdiyi kimi, gələcək smartfon hazırkı “S25 Edge” modelindən 0,3 mm nazik və 300 milliamper/saat böyük batareyası alacaq.
Qeyd olunub ki, yayılan məlumatlar insayderdən gələn ziddiyyətli mesajlar ola bilər və bu normaldır. Çünki “Samsung” hələ də “S26 Edge”nin son dizaynı üzərində işləyir.
QAZİLER.AZ