Çində ilk dəfə kababçılıq üzrə institut açılacaq

Çində ilk dəfə kababçılıq üzrə institut açılacaq backend

Çinin Hunan əyalətinin Yueyang şəhərində kababçılıq üzrə institut açılacaq.

Qaziler.az bu barədə “China Daily” qəzetinə istinadla xəbər verir.

Məlumata görə, Yueyang Açıq Universiteti və Yueyang Barbekü Assosiasiyası şəhər hökumətinin dəstəyi ilə ölkədə ilk belə peşə təhsili platformasının yaradılması barədə razılığa gəliblər.

Ocaqda yemək bişirmək Yueyanqın qida iqtisadiyyatının mühüm hissəsinə çevrilib. Belə ki, şəhərdə 2000-dən çox manqal dükanı var və burada 50 min insan çalışır. Qəzet yazır ki, illik hasilat 2 milyard yuandan (280 milyon dollar) çox qiymətləndirilir.

İnstitut bütün barbekü sənaye zəncirini, o cümlədən ədviyyat istehsalı, ət emalı, tərəvəz emalı, logistika və əməliyyatların inkişafını öyrənəcək və planlaşdıracaq.

Gələn ildən institut üçillik peşə hazırlığı proqramına ildə 50-100 tələbə olmaqla qəbul elan edəcək. Altı aydan bir ilə qədər davam edən kurslar geniş ictimaiyyətə təqdim olunacaq. İinstitutda ikiki əsas ixtisas üzrə mütəxəssilər hazırlanacaq: biri manqal bişirmə, digəri isə biznesin idarə edilməsi üzrə olacaq.

QAZİLER.AZ