Hindistanın Himaçal-Pradeş əyalətində unikal toy baş tutub. Hatti qəbiləsindən olan iki qardaş Pradip və Kapil Negi bir qadın Sunita Çauhanla evlənərək qədim, lakin tədricən yoxa çıxan poliandriya ənənəsini canlandırıblar.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Gulf News” xəbər dərc edib.
Mərasim yüzlərlə qonağın toplaşdığı Trans-Giri rayonunun Şillai kəndində baş tutub və geniş ictimai rezonansa səbəb olub.
Üç gün davam edən şənlik ənənəvi mahnılar, rəqslər və ayinlərlə müşayiət olunub. Toy qədim "Yaida" ayininə uyğun olaraq keçirilirib.
Hindistan mətbuatının məlumatına görə, birlik qarşılıqlı razılıq əsasında bağlanıb.
"Mən bu ənənəni bilirdim və şüurlu şəkildə seçdim", - gəlin deyib.
2022-ci ildə qeydə alınmış qəbilə kimi tanınan Hatti qəbiləsi bölgənin 450 kəndində yaşayan təxminən 300.000 nəfərdən ibarətdir.
QAZİLER.AZ