Pişiklər isinmək üçün bədənin ağrayan yerində uzanırlar.
Qaziler.az-ın məlumatına görə, bunu baytar Mixail Şelyakov “Gazeta.Ru”ya bildirib.
O izah edib ki, insanların ağrı olan yerlərində, adətən bədənin temperaturu yüksək olur.
“Ağrıyan yerdə iltihabi proses olur. Həmin bölgədə əlavə olaraq qızartı, temperaturun artması müşayiət olunur. Yəni bir insanın bədəninin istənilən yerində adi yara olsa belə, ora daha isti olur və pişik bunu hiss edir. Sadəcə daha isti olduğu üçün pişik həmin nahiyyədə rahatlıq tapır”, - Şelyakov qeyd edib.
O, fikirlərinə bunu da əlavə edib ki, ezoterik nöqteyi-nəzərdən pişik insanın ağrıyan yerində uzananda mənfi enerjini özünə çəkir, onun sağalmasına kömək edir. Bir çox heyvan sahibləri, həqiqətən həm fiziki, həm də emosional vəziyyətlərinin yaxşılaşdığını qeyd ediblər. Bu, psixoloji təsirlə bağlıdır, yəni insanların diqqəti dağılır və özlərini daha yaxşı hiss edirlər.
QAZİLER.AZ