Dağıstanda bəy sevgilisinin köhnə şəklini görəndən sonra evlənməkdən vaz keçib

Dağıstanda bəy sevgilisinin köhnə şəklini görəndən sonra evlənməkdən vaz keçib backend

Dağıstan sakini sevgilisinin estetik əməliyyatdan əvvəlki köhnə fotolarını görəndən sonra evlənməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash” nəşri məlumat yayıb.

Teleqram kanalının məlumatına görə, oğlan qızla şam yeməyində tanış olub və bir müddət sonra evlilik təklifi edib.

Eyni zamanda o bilirmiş ki, sevdiyi xanım bəzi üz cizgilərini və bədən quruluşunu dəyişmək üçün dəfələrlə mütəxəssislərə müraciət edib. Qızda rinoplastika və digər əməliyyatlar olub.

Evlilik təklifindən sonra oğlan qızdan estetik prosedurlar etməzdən əvvəl keçmişdəki görüşünüşünün şəklini istəyib. Oğlan gələcək həyat yoldaşının filtrsiz görünüşünü bəyənməyib.

Məlumatda qeyd olunub ki, oğlan dəhşət içində geri çəkilərək, sevgilisinin genlərindən, ondan ola biləcək uşaqlardan məyus olub və evlənməkdən imtina edib.

QAZİLER.AZ