Taylandda iki göyərçin evi qadının başına uçurub

Taylandda iki göyərçin evi qadının başına uçurub backend

Taylandda iki göyərçinin evin ikinci mərtəbəsinin pəncərəsi ilə toqquşması nəticəsində evin damı uçub.

Qaziler.az xəbər verir ki, bu barədə “The Thaiger” nəşri məlumat yayıb.

Hadisə iyulun 14-də Suphanburi əyalətində, 40 yaşlı kirayəçi Duanqkamon evinin qarşısındakı enişdə oturarkən baş verib. Bu zaman iki quş pəncərəyə çırpılıb və damın kirəmitləri düz onun üstünə düşüb. Nəticədə qadın ayağından, çiynindən və kürəyindən xəsarət alıb.

Qadına evdə olan baldızı kömək edib. O, zərərçəkmişi dağıntılar altından çıxararaq xəstəxanaya çatdırıb.

Ailə 20 ildən çoxdur ki, evi kirayə verirmiş. 30 illik evin üst mərtəbəsində uşaqlar da daxil olmaqla beş nəfər yaşayırmış.

Binanın sahibi Pradjob Srimunq taxta konstruksiyanın termitlər tərəfindən zədələndiyini təsdiqləyib. Lakin o, dam örtüyü ilə bağlı hər hansı problemdən xəbərsiz olduğunu bildirib. O, təmir işləri aparılarkən kirayəçilər üçün müvəqqəti yaşayış yeri təmin edəcəyinə söz verib.

QAZİLER.AZ