Kişi ailəsini qarət edərək oğlunun nişanlısı ilə qaçdı

Kişi ailəsini qarət edərək oğlunun nişanlısı ilə qaçdı backend

Hindistanda ailəsinin illərdir yığdığı pul və zinət əşyalarını da götürən altı uşaq atası oğlunun nişanlısı ilə qaçıb.

Qaziler.az-ın məlumatına görə, "South China Morning Post" xəbər verir ki, hindistanlı kişi ailəni qarət edərək oğlunun nişanlısı ilə qaçıb.

55 yaşlı Şakil 15 yaşlı oğlu Amanın nişanlısı ilə qaçıb, həmçinin ailəsinin 200 min rupi (180 min rubl) məbləğində əmanət və qızıl-zinət əşyalarını da özü ilə aparıb. “Aişə oğlumun nişanlısı olmalı idi, indi isə ərimin arvadıdır”, - deyə atılmış arvad bildirib.

"O, həm oğluna, həm də arvadına xəyanət edib", - yerli sakinlər sosial şəbəkələrdə vəziyyəti şərh ediblər. 6 uşaq atası 22 yaşlı Aişə ilə toya hazırlıq adı ilə gizlicə görüşüb və sonra onunla birlikdə Dehliyə qaçıb.

Hindistanda müsəlmanlara dördə qədər arvad almağa icazə verilir. Hələlik polis ailədən rəsmi açıqlama almayıb.

QAZİLER.AZ