"Mattel" şirkətindən İLK: 1-ci tip diabetli "Barbi" kuklasını buraxdı

"Mattel" şirkətindən İLK: 1-ci tip diabetli "Barbi" kuklasını buraxdı backend

"Barbi" kuklaları istehsal edən Amerikanın "Mattel" şirkəti 1-ci tip diabetli ilk gəlincik buraxıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 9-da "The Guardian" məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni kukla 1-ci tip diabet "Breakthrough" T1D üzrə qlobal qeyri-kommersiya təşkilatı ilə birgə hazırlanıb. Bildirilir ki, kukla əlində davamlı qlükoza monitoru gəzdirir ki, bu da şəkəri idarə etməyə kömək edir, o, ürək şəklində tibbi plastır ilə bərkidilir.

Bundan əlavə, "Barbi"də gün ərzində qan şəkərinin səviyyəsini izləməyə kömək edən tətbiqi olan cib telefonuvar. Qeyd edilir ki, kuklada insulin nasosu da var və o, "Barbi"ni "lazım olduqda avtomatik insulin dozası" ilə təmin edir.

"Mattel" şirkətinin baş vitse-prezidenti Krista Bergerin sözlərinə görə, belə bir kuklanın yaradılması “inklüzivlik və təmsilçilik axtarışında mühüm addımdır”. O əlavə edib ki, bu cür oyuncaqlar uşaqlarda dünya haqqında müəyyən təsəvvür formalaşdırmağa kömək edəcək.

QAZİLER.AZ