Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovun (Emin) iyulun 6-da Svetloqorskdakı “Yantar Hall”da keçirilməsi planlaşdırılan konserti “fors-major hallar” səbəbindən bir il müddətinə təxirə salınıb.
Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti”yə konsertin təşkilatçıları məlumat verib.
“Yantar Hall” konsert məkanından verilən məlumata görə, tədbir bir ildən sonra - 6 iyul 2026-cı ildə baş tutacaq.
"Ləğv edilməsinə səbəb fors-major hallardır. Xəbərlərdə yazılanları bilirsiniz", - təşkilatçılar bildirib.
Konsert təşkilatçıları agentliyə bütün biletlərin alıcılara qaytarılacağına aydınlıq gətiriblər.
QAZİLER.AZ