Şahzadə Keyt Middlton xərçəng xəstəliyinə görə evdə işləyə bilmədiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə "People" yazıb.
"Müalicə zamanı bir növ cəsarətli sima nümayiş etdirirsən. Müalicə başa çatır və sonra düşünürsən ki, mən normal həyata qayıda bilərəm. Amma əslində növbəti faza çox çətindir. Artıq həkimlərin nəzarəti altında deyil, amma evdə əvvəllər alışdığın kimi normal fəaliyyət də göstərə bilmirsən. Və əslində, sizinlə bu barədə danışa bilən, sizə müalicədən sonra gələn mərhələni keçə biləcəyinii göstərən biri, məncə, həqiqətən dəyərli bir insandır”, - Keyt Middlton deyib.
Qeyd edək ki, 22 mart 2024-cü ildə Keyt Middlton profilaktik kimyaterapiyanın ilkin mərhələlərini keçdiyini elan etmişdi.
QAZİLER.AZ