İnternetdən istifadə insanları axmaq edir - Araşdırma

İnternetdən istifadə insanları axmaq edir - Araşdırma backend

Karnegi Mellon Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, beyin fırtınası sessiyaları zamanı internetdə axtarış aparanların təklif etdiyi ideyalar, yalnız öz düşüncələrinə güvənənlərlə müqayisədə daha az orijinaldır.

Qaziler.az bildirir ki, tədqiqat “Memory & Cognition” (M&C) elmi jurnalında dərc olunub.

Komanda iki qrup könüllüdən çətir və qalxanlardan istifadə etməklə qeyri-ənənəvi yollar tapmaq üçün təcrübə aparıb. Bununla yanaşı, bir komandaya axtarış sistemlərindən istifadə etməyə icazə verilib, rəqibləri isə qlobal şəbəkəyə çıxışdan məhrum edilib.

Nəticələr göstərib ki, internetə çıxışı olan qrup eyni tipli cavablar verib, ikinci komanda isə daha qeyri-adi ideyalar təklif edib.

Alimlər bu fenomeni "fiksasiya effekti" ilə izah ediblər. İnternetdən hazırlanmış hazır həllər düşüncələri daraldır və yenilikçi həllər tapmağınıza mane olur.

Tədqiqatçılar İnternetdən tamamilə imtina etməyə çağırmırlar, lakin onlar ilk beyin fırtınası sessiyasını axtarış sistemlərindən istifadə etmədən keçirməyi, həmçinin insan təfəkkürünün unikallığını qiymətləndirməyi tövsiyə edirlər.

Tədqiqatın həmmüəllifi Mark Patterson, "İnternet bizi axmaq etməz, lakin ondan düzgün istifadə etməyi öyrənmək vacibdir" deyib.

QAZİLER.AZ