Arxeoloqlar 2000 illik yaşı olan Roma ayaqqabısı tapıblar

Arxeoloqlar 2000 illik yaşı olan Roma ayaqqabısı tapıblar backend

İngiltərədə arxeoloqlar görünüşü ilə onları təəccübləndirən 2000 illik qədim Roma ayaqqabısı aşkar ediblər.

Qaziler.az bu barədə “New York Post”a istinadla xəbər verir.

Arxeoloqlar təxminən iki min illik yaşı olan ayaqqabıların bugünə qədər qalmasına təəccüblənıblar. Roma Ordusu Muzeyi tərəfindən yayımlanan fotolarda könüllülərin əllərində dəri ayaqqabıların, demək olar ki, formasını tamamilə saxladıqları görünür.

Daha sonra ikinci bir ayaqqabı tapılıb, bu daha böyük olub. Onun uzunluğu 32 sm olub ki, bu da müasir dövrün kişi ayaqlarının ölçüsünə uyğundur. Bu tapıntı da qazıntı aparanların heyranlığına səbəb olub.

"2000 ildir heç kimin toxunmadığı əşyaları tapmaq həmişə həyəcanvericidir, lakin ayaqqabılar xüsusilə özəl görünür", - arxeoloqlar emosiyalarını bölüşüblər.

QAZİLER.AZ

Diaspora