Amerikalı müğənni, aktrisa, bəstəkar, prodüser və rejissor Barbra Streyzand xatirələri ilə bağlı audiokitabını yazdırarkən səsini itirib.
Qaziler.az xəbər verir ki, bu haqda "People" məlumat yayıb.
83 yaşlı Streyzand növbəti albomunu yazdırmazdan əvvəl 970 səhifəlik “My Name Is Barbra” memuarının yazılması üzərində işləyirmiş.
"Səsimin qalıb-qalmayacağını bilmirdim, çünki altı həftə, həftənin altı günü, gündə beş saat danışırdım, kitab üçün mikrofona danışırdım. Ona görə də səsim tutuldu", deyə aktrisa etiraf edib.
Bununla belə, Streisand əmindir ki, musiqi karyerasında ləngimək niyyətində deyil və nə qədər ki, səsi var albom yazdırmağı düşünür.
"Qulaqlarıma musiqi qoşub mikrofon qarşısında dayanıb oxumağı sevirəm və oxumaq istədiyim daha çox mahnı var", - deyə müğənni bildirib.
QAZİLER.AZ