Soçidə çimərlikdə şezlonqlardan istifadənin qiyməti turistləri mat qoyub

Soçidə çimərlikdə şezlonqlardan istifadənin qiyməti turistləri mat qoyub backend

Soçi yaxınlığındakı Sirius otelində həftə içi 11 min rubla (238 azn), həftə sonları isə 15 min rubla (324 azn) şezlonqlar icarəyə verilməyə başlayıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “KP.RU” məlumat yayıb.

"Yeni pullu çimərlik artıq öz qiymətləri ilə turistləri təəccübləndirməyi bacarıb. Kvars qumu, 12 bunqalov, 300 şezlong və dənizə aparan yol - gözəl, lakin bahalı", - nəşr yazır.

İstirahət edənlərə şezlonqların icarəsi ilə yanaşı, su və dəsmal da təklif olunacaq. Bir bunqalovu icarəyə götürmək istəyənlər 50-80 min rubl (1100-1700 azn) ödəməli olacaqlar. Yəni qiymət qonaqların sayından asılıdır.

Yerli sakinlər nəşrə bildiriblər ki, çimərlik hazırda yüksək qiymətə görə boşdur. Bir otağının qiyməti 26 mindən (560 azn) başlayan oteldə əsasən qonaqlar istirahət edir.

QAZİLER.AZ

Diaspora