“OpenAI”nin baş direktoru Sem Altman şirkətin bloqunda ChatGPT-nin resurs istehlakı barədə məlumatları açıqlayıb.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla məlumat verir.
Altmanın fikrincə, orta istifadəçi tələbi təxminən 0,34 vatt-saat enerji sərf edir ki, bu da bir sobanın bir saniyədə və ya yüksək effektiv lampanın bir neçə dəqiqə ərzində sərf etdiyi elektriklə müqayisə oluna bilər.
Bundan əlavə, hər sorğu məlumat mərkəzlərini sərinlətmək üçün 0,000085 qallon su sərf edilir ki, bu da çay qaşığının on beşdə birinə bərabərdir. Altman onu da vurğulayıb ki, gələcəkdə süni intellektlə işləməyin xərcləri elektrik enerjisinin qiymətinə yaxınlaşmalıdır. Lakin o bunun hesablama metodunu dəqiqləşdirməyib.
Süni intellekt texnologiyalarının yüksək enerji istehlakı müzakirə mövzusu olaraq qalır.
QAZİLER.AZ