"Zümrüd adası" dünyanın ən mənzərəli ölkəsi seçilib

"Zümrüd adası" dünyanın ən mənzərəli ölkəsi seçilib backend

İl boyu yaşıllığına görə tez-tez "Zümrüd adası" adlandırılan İrlandiya dünyanın ən gözəl mənzərələri olan ölkə seçilib.

Qaziler.az-ın məlumatına görə, bu, “DiscoverCars.com” analitiklərinin turistlərdən aldığı sorğuya əsaslanaraq gəldiyi nəticədir.

Sorğunun nəticələrinə görə, İrlandiya dünyanı gəzən beynəlxalq turistlərdən 10 baldan 9,52 bal toplayıbş Yam – yaşıl təbiət mənzərələri ilə bu ölkə ziyarətçiləri mütləq heyran edib.

Geniş yaşıllıqdan əlavə, İrlandiya həm də bütün ölkəyə gözəl mənzərələr təqdim edən heyrətamiz qayalıqlara və tarixi qalalara malikdir.

Belə ki, siyahıda Yeni Zelandiya 10 baldan 9,43 balla ikinci, Portuqaliya və Böyük Britaniya isə hər biri 10 baldan 9,29 balla üçüncü yeri bölüşüblər.

QAZİLER.AZ

Diaspora