İsveçdə uşaqlarının dişlərini fırçalatmayan valideynlər həbs edilib

İsveçdə uşaqlarının dişlərini fırçalatmayan valideynlər həbs edilib backend

İsveçdə çoxuşaqlı cütlük həbs cəzasına məhkum edilib.

Qaziler.az-ın məlumatına görə, bu haqda İsveçin “Aftonbladet” qəzeti məlumat dərc edib.

Nəşrin yazdığına görə, valideynlər uşaqlarının ağız sağlamlığına kifayət qədər diqqət göstərməyiblər.

Üç qardaş Boras şəhərində diş həkiminə getdikdən sonra polis diqqətini ailəyə yönəldib.

Həkim xəstələri müayinə edib və onlara çoxsaylı diş çürüməsi diaqnozu qoyub. Uşaqların dişləri o qədər pis vəziyyətdə olub ki, onlardan bir neçəsini çıxarmaq lazım gəlib. Əməliyyatdan sonra həkim həyəcan təbili çalıb və məlumatı aidiyyəti qurumlara çatdırıb.

Valideynlər hadisədə təqsirli olduqlarını inkar ediblər. Lakin onlar yenə də məhkəmə qarşısına çıxarılaraq real həbs cəzasına məhkum ediliblər. Məhkəmə cütlüyün uşaqlarının dişlərini kifayət qədər tez-tez fırçalatmadığını müəyyən edib. Buna görə də onların hər biri səkkiz ay dəmir barmaqlıqlar arxasında qalacaq.

QAZİLER.AZ

Diaspora